AZAL yeni aksiyaya başlayır
27 Dekabr 2010 Bazar Ertəsi 15:40
“Azərbaycan Hava Yolları” reyslərində baqajın daşınması üzrə bayram aksiyası keçirəcək
“Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyəti (QSC) bayram günlərində yeni aksiyaya başlayır. AZAL-dan ANS PRESS-ə verilən məlumata görə, bayram günlərində reyslərdə baqajın daşınması üzrə aksiya keçiriləcək.

Aksiya dekabrın 28-dən etibarən həyata keçiriləcək və Dubay-Bakı, İstanbul-Bakı və Urumçi-Bakı reyslərinə aid olmayacaq. Aksiya iqtisadi dərəcə üçün baqajın pulsuz daşınma normasını 40 kiloqrama qədər, biznes-dərəcə üçün 50 kiloqrama qədər artırılmasını nəzərdə tutur.

Məlumata görə, aksiya “ATR-42/72” markalı təyyarələr tərəfindən yerinə yetirilən bütün reysləri də əhatə etməyəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar