AZAL sərnişinləri əyləncə ilə uçacaq
20 Yanvar 2011 Cümə Axşamı 16:20
“Azərbaycan Hava Yolları”nın (AZAL) reyslərində yeni əyləncə sistemi tətbiq eiləcək.
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti biznes sinif sərnişinləri üçün yeni əyləncə sistemi tətbiq edəcək. AZAL-ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, indi 2 saatdan artıq uçuş edən biznes sinif sərnişinləri çoxfunksiyalı portativ əyləncə avadanlıqlarından istifadə edə bilərlər.

Ekranının diaqonalı 17.8 sm olan, sensor idarəetmə sisteminə malik bu avadanlıqları uçuş zamanı istifadə etmək çox rahatdır. Onun vasitəsilə sərnişinlər Rusiya və Hollivud kinematoqrafının istehsalı olan filmləri, müxtəlif audio və videoçarxları izləyə, həmçinin, ayrı-ayrı oyunların və s. əyləncələrin iştirakçısı ola bilərlər.

Təyyarələrinin göyərtələrində sərnişinlərə göstərilən xidmət səviyyəsini daim yüksəldən, hava gəmilərini modernləşdirən, uçuş coğrafiyasını vaxtaşırı genişləndirən “AZAL” yeni innovasiyanı tətbiq etməklə öz uçuş əyləncə sisteminə də yenilik gətirib. Bununla da dünya aviasiya standartlarına doğru daha bir addım atıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar