“AXA MBASK”ın yeni internet saytı yaradıldı
14 Dekabr 2010 Çərşənbə Axşamı 11:15
Sığorta şirkətinin saytının yeni variantı fəaliyyətə başlayıb
“AXA MBASK” sığorta şirkətinin yeni internet saytı fəaliyyətə başlayıb. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, saytın səhifələrində şirkət haqqında, əsas sığorta növləri üzrə sığorta məhsulları haqqında xeyli yeni məlumat verilib.

Saytdakı məlumatın təzələnməsi əhəmiyyətli dərəcədə asanlaşıb və bu onu daha aktual vəziyyətdə saxlamağa imkan verir. Saytın dizaynı da dəyişilib, o daha müasir və “AXA Group”un standartlarına uyğunlaşdırılmış olub. Sayt üzrə naviqasiya sistemi sayta baş çəkənlərə bütün zəruri məlumatı tez və asan tapmaq imkanı verir. Yeni saytın başlıca prinsipləri – istifadəçi üçün rahalıq, naviqasiyanın intuitiv sadəliyi, təsviri lakoniklik, məlumatın dolğunluğu və şəffaflığıdır.

Xatırladaq ki, bu ilin oktyabr ayında “MBASK” sığorta şirkəti özünün əsas səhmdarını dəyişib. Şirkətin səhmlərinin nəzarət qovluğunu (51faiz) Fransanın “AXA Group”, özünün törəmə şirkəti olan İspaniyanın “AXA Sequros generales S.A, De Sequros Y Reasequros” şirkətinin vasitəsi ilə satın alıb. 49 faizə bərabər olan yerdə qalan pay isə Eldar Qəribova məxsusdur.

Qeyd edək ki, Azərbaycanın sığorta bazarında “MBASK” 1992-ci ildən fəaliyyət göstərir və sığorta olunmanın 24 könüllü və 4 məcburi növü üzrə xidmət göstərir. Şirkətin nizamnamə kapitalı 5 milyon 730 min manat təşkil edir. “AXA Group” – maliyyə mühafizəsi sahəsində dünya üzrə liderdir. “АХА Group” öz fəaliyyətini bütün dünya üzrə 57 ölkədə, daha çox Avropada, Şimali Amerikada və Asiya-Sakit Okean regionunda cəmləşdirməklə, həyata keçirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar