Avtobusda gediş haqqı kartlar vasitəsilə ödəniləcək
24 Fevral 2011 Cümə Axşamı 23:36
İlin ikinci yarısından Bakıda intellektual nəqliyyat sistemi işə düşəcək
Bu ilin ikinci yarısından intellektual nəqliyyat sistemi işə düşəcək. Yeni sistemin tətbiqindən sonra gediş haqqı kartlar vasitəsilə həyata keçiriləcək. Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov deyir ki, kartlara gediş haqqının yüklənməsi üçün avtobus dayancaqlarında, metro girişlərində və əhalinin sıx olduğu yerlərdə terminallar quraşdırılacaq.
“Gediş haqqı kartlar vasitəsilə yaxın vaxtlarda təkcə avtobuslarda deyil, digər ödəniş məntəqələrində də tətbiq olunacaq. Kartlarda məbləğ olduğu təqdirdə istənilən yerdə ödəniş etmək mümkün olacaq. Müvafiq yerlərdə avadanlıqlar quraşdırılmalıdır ki, istənilən yerdə kartı yükləmək mümkün olsun. İnfranstruktur yaradılmaldır ki, insanlar onların istifadəsinə başlasın. Güman edirəm ki, 2011-ci ilin sonuna kimi bu prosesi reallaşdıra biləcəyik. Amma bu sistemin tətbiqi o demək deyil ki, ancaq kartlardan istifadə olunacaq, hələlik insanlar ilk ödəniş sistemindən istifadə edə biləcək”, - deyə Namiq Həsənov bildirib.
DOSTLARINLA PAYLAŞ: