AVRO-2 ilə bağlı Dövlət Standartının tətbiqinə əlavələr edilib
08 İyul 2010 Cümə Axşamı 11:25
Nəqliyyat vasitələrinin AVRO-2 standartına uyğunluq cədvəli açıqlanıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov AZS 447-2010 (AVRO-2 tələbləri) Dövlət Standartının tətbiqi ilə bağlı bəzi tədbirlər barədə əmr imzalayıb. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu əmrə əsasən idxal olunan avtonəqliyyat vasitələrinin AVRO-2 tələblərinə uyğunluğunun müəyyən edilməsi cədvəli AZS 447-2010 standartına əlavə edilib.

Belə ki, 1 sentyabr 2010-cu il tarixinədək idxal olunan avtonəqliyyat vasitələrinin AZS 447-2010 Dövlət Standartının tələblərinə uyğunluğu buraxılış ilindən asılı olaraq 2 nömrəli əlavəyə əsasən müəyyən ediləcək.

Nəqliyyat vasitələrinin AZS 447-2010 Dövlət Standartının tələblərinə uyğunluğunun müəyyən edilməsi cədvəlini oxuculara təqdim edirik.

Nəqliyyat vasitəsinin və ya onların mühərriklərinin mənşə ölkəsi

Buraxılış ilindən asılı olaraq Avro-2 tələblərinə uyğunluğu


Avropa İttifaqına daxil olan dövlətlər 1997-və sonrakı illər
ABŞ və Latın Amerikası ölkələri 1996- və sonrakı illər
Yaponiya 1998- və sonrakı illər
Kanada 2001- və sonrakı illər
Hindistan 2005- və sonrakı illər
Malayziya 2003- və sonrakı illər
Çin 2004- və sonrakı illər
Koreya 2001- və sonrakı illər
Rusiya 2006- və sonrakı illər
Özbəkistan 2007- və sonrakı illər
Ukrayna 2006- və sonrakı illər
Digər MDB ölkələri 2006- və sonrakı illər
Türkiyə 2001- və sonrakı illər
İran 2009 - və sonrakı illər
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar