ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək
    17 Fevral 2011 Cümə Axşamı 10:13
    Monitorinqin Füzuli-Horadiz istiqamətində keçirilməsi nəzərdə tutulub
    
                	 
    
         ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 18-də Azərbaycan Respublikasının Füzuli-Horadiz yolu yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.
 
 Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Uilyam Praroy və Caslan Nurtazin keçirəcəklər.
DOSTLARINLA PAYLAŞ: