ATƏT-in Parlament Assambleyasının prezidenti Petros Eftimiu bu il Azərbaycana səfər edəcək. ATƏT PA Katibliyindən verilən məlumata görə, hazırda bu qurum prezident Eftimiunun regiona səfərinin təşkili ilə bağlı Azərbaycan, Ermənistan və Gürcüstan parlamentləri ilə iş aparır.
Səfər ilin ikinci yarısına planlaşdırılır. Bu, Petros Eftimiunun ATƏT PA prezidenti qismində Azərbaycana ilk səfəri olacaq.
Xatırladaq ki, Petros Eftimiu bu posta 2010-cu ilin iyulunda seçilib.
ATƏT PA prezidenti Azərbaycana gələcək
Bu, Petros Eftimiunun Bakıya ilk səfəri olacaq




Şərhlər