“Mən deməzdim ki, ATƏT-in təsir imkanları yoxdur. Təşkilat sadəcə mövcud imkanlarından səmərəli istifadə etmir. Etsəydi, Ermənistan və bu mövqedə olan digər ölkələri müəyyən mənada qanun-qaydalara riayət etməyə cəlb etmək olardı. Görünür, ATƏT-in siyasətini müəyyənləşdirənlər buna ciddi ehtiyac duymurlar”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, ATƏT-in Ermənistanı konstruktivliyə cəlb etmək üçün həmişə imkanı olub: “O cümlədən Astana sammitində də belə bir imkan var idi. Çox təəssüf ki, ATƏT bunu etmədi və bununla, öz nüfuzuna ciddi zərbə vurdu”.