Ölkə

AtaHoldinq Ekologiyanın Dostu oldu

Şirkət Qrupu Gənclər Koalisiyasının mükafatına layiq görülüb

· Xəbərçi
AtaHoldinq Ekologiyanın Dostu oldu
Gənclər Koalisiyasının ölkə ərazisində keçirdiyi sorğu və monitorinqlər əsasında “AtaHoldinq” Şirkətlər Qrupu “Ekologiyanın Dostu” mükafatına layiq görülüb. “AtaHoldinq”in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mükafatın təqdimat mərasimi “Excelsior Hotel Baku” otelində keçirilib.

“AtaHoldinq” Şirkətlər Qrupu yarandığı ilk gündən ekologiyanın qorunması və inkişafına xüsusi diqqət ayırıb və bununla bağlı çoxlu sayda layihələr həyata keçirib. Gənclər Koalisiyasının ölkə ərazində keçirdiyi sorğu əsasında respondentlər “AtaHoldinq” ASC-nin ekologiyamıızın yaxşılaşdırılması sahəsində fəaliyyətini yüksək qiymətləndirib və təşkilat sorğuya əsaslanaraq “AtaHoldinq” Şirkətlər Qrupuna mükafat təqdim edib.

“AtaHoldinq” Şirkətlər Qrupu iqtisadiyyatımızın inkişafı ilə bərabər ekologiyanın qorunması və normalaşdırılmasına çalışır. Mükafatı alan şirkətin İctimaiyyətlə Əlaqələr və Reklam şöbəsinin rəisi Dilara Zamanova bildirib ki, holdinq gələcək fəaliyyətində də ekologiyanın qorunması və yaxşılaşdırılmasına öz köməyini əsirgəməyəcək.

Qeyd edək ki, “AtaHoldinq” Şirkətlər Qrupu quşlar aləminin qorunması, yaşıllıqların salınması, agacların əkilməsi, kanalizasiya sularının təmizlənməsi və yenidən yararlı hala salınması istiqamətində bir sıra tədbirlər həyata keçirib. Gənclər Koalisiyası tərəfindən keçirilən sorğu əsasında “Ekologiyanın Dostu” və “Ekologiyanın Düşməni” mükafatının nominantları müəyyən olunub.

Şərhlər