Aşura münasibəti ilə qanvermə aksiyası başlayır
14 Dekabr 2010 Çərşənbə Axşamı 13:05
İlk aksiya Lənkəranda olacaq
Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının fətvasına əsasən, Aşura günü münasibətilə qanvermə aksiyası bu gündən start götürür. İlk xeyriyyə aksiyası Lənkəran rayonunda başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadənin ANS-in bölgə müxbirinə verdiyi məlumata görə, yüzdən çox adamın qan verəcəyi gözlənilir.
Xeyriyyə aksiyası Lənkəran Rayon Mərkəzi Xəstəxanasının qanlöçürmə şöbəsində təşkil edilib. Ötən ildəki kimi bu dəfə də qadınların aksiyada çoxluq təşkil edəcəyi istina deyil.
Qeyd edək ki, bu il Aşura günü dekabrın 16-na təsadüf edir.
DOSTLARINLA PAYLAŞ: