ARDNŞ-48 min uşağa hədiyyə paylayacaq
23 Dekabr 2010 Cümə Axşamı 01:20
Tədbirlərə şirkətdə çalışanların övladları ilə yanaşı, internat məktəblərində oxuyan və aztəminatlı ailələrdən olan uşaqlar da dəvət ediləcək
Dekabrın 28-dən yanvarın 6-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən uşaq bağçaları və mədəniyyət saraylarında, Sumqayıtda yerləşən “Kimyaçı” mədəniyyət sarayında və Çilov adasında kiçikyaşlı uşaqlar üçün Yeni il şənlikləri təşkil olunacaq. ARDNŞ-in mətbuat xidmətinin məlumatına görə, bu tədbirlərə şirkətdə çalışanların övladları ilə yanaşı, internat məktəblərində oxuyan və aztəminatlı ailələrdən olan uşaqlar da dəvət ediləcək. Bayram şənliklərində uşaqların hər birinə ARDNŞ-in Yeni il hədiyyəsi təqdim olunacaq.
Ümumilikdə 48 min uşağa bayram sevinci yaşadacaq bu tədbirlər ARDNŞ-in 39 uşaq bağçasında Sosial İnkişaf İdarəsinin təlim, tədris və sertifikatlaşdırma departamenti, 7 mədəniyyət sarayında və Çilov adasında isə mədəniyyət və istirahət işləri departamenti tərəfindən təşkil olunacaq.
DOSTLARINLA PAYLAŞ: