ARDNŞ inşa müsabiqəsi elan edib
10 Sentyabr 2010 Cümə 12:15
İnşa Azərbaycan dilində 1000 sözdən ibarət olmalıdır.
ARDNŞ ödənişli Yay təcrübəsində iştirak edən tələbələr arasında “Mənim ARDNŞ-də Yay təcrübəm” mövzusunda inşa müsabiqəsi elan edib. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, inşada yay təcrübəsində iştirak edən tələbə təcrübə müddətində yerinə yetirdiyi işlər, ixtisası və işin təşkili sahəsində öyrəndiyi əməli biliklər barədə fikirlərini, layihənin daha da səmərəli təşkili üzrə təkliflərini, həmçinin vacib hesab etdiyi digər məsələlər barədə mülahizələrini yaza bilər.

Qeyd edək ki, inşa Azərbaycan dilində 1000 sözdən ibarət olmalıdır. Hər inşanın əvvəlində təcrübə iştirakçısının soyadı, adı və atasının adı, təhsil aldığı universitet, ixtisası və bitirdiyi kurs, təcrübə keçdiyi müəssisənin və şöbənin (sexin, xidmətin) adı, təcrübə rəhbərinin soyadı, adı və vəzifəsi, təcrübə müddəti (tarixlər) qeyd olunmalıdır (bu məlumatlar sözlər sayılarkən nəzərə alınmır).

İnşalar 15.10.2010 tarixinədək .doc formatında [email protected] elektron poçt ünvanına təqdim edilməlidir. Ən yaxşı 2 inşa ARDNŞ-in saytında yerləşdiriləcək və “İki sahil” qəzetində dərc olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar