Ölkə

Araz Əzimov Türkiyəyə səfər edəcək

Ankarada Azərbaycan-Türkiyə siyasi məsləhətləşmələri keçiriləcək

· Xəbərçi
Araz Əzimov Türkiyəyə səfər edəcək
Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov martın 9-da Türkiyəyə səfər edəcək. Azərbaycanın Türkiyədəki səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, səfər martın 11-nədək davam edəcək. İşgüzar səfərin məqsədi siyasi məsləhətləşmələrin aparılmasıdır.

Azərbaycanın xarici işlər nazirinin müavini Türkiyədəki səfirliyimiz tərəfindən Türkiyə Beynəlxalq Araşdırmalar Mərkəzində təşkil edilən konfransıda “Azərbaycanın xarici siyasəti: imkanlar və probelmlər” mövzusunda məruzə ilə çıxış edəcək. Bundan başqa, Araxz Əzimov Bilkənd Universitetində olacağı və “Regional təhlükəsizlik: Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda məruzə ilə çıxış edəcəyi gözlənilir.

Eləcə də, Araz Əzimovun Türkiyə KİV-inə müsahibə verməsi planlaşdırılır.

Şərhlər