2011-ci il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 ilinin tamam olacağını xatırladan diplomat, bu illər ərzində “Aqo” qrupunun çox iş gördüyünü söyləyib: “Biz bu qrupla çox gözəl əməkdaşlıq etmişik, onlar bizə öhdəliklərin yerinə yetirilməsində köməklik ediblər. Amma özləri də gördülər ki, öhdəliklərin əksəriyyəti yerinə yetirilib. Artıq biz digər ölkələr kimi adi monitorinqdəyik”.
AŞPA Monitorinq Komitəsi tərəfindən aparılan monitorinqlə bağlı sualı cavablandıran səfir bildirib ki, bu monitorinq hələlik davam edir: “Yəqin bu monitorinq də yaxın vaxtlarda götürüləcək”.
A. Məmmədovun sözlərinə görə, monitorinq bütün ölkələrdə aparılır: “Məsələn, hansısa ölkədə insan hüquqları pozulanda monitorinq qrupu yaradılır. Seçki monitorinqi də var. Biz mənfi monitorinqlərdən çıxmaq mərhələsindəyik. Nazirlər Komitəsində faktiki olaraq monitorinq məsələsini bağladıq, AŞPA səviyyəsində də eyni səviyyəyə çıxmaq mərhələsindəyik”.
Aqo” qrupu faktiki olaraq fəaliyyətini dayandırıb
Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” monitorinq qrupu faktiki olaraq öz fəaliyyətini dayandırıb. Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurasındakı (AŞ) daimi nümayəndəsi, səfir Arif Məmmədov deyib.




Şərhlər