Aprelin 1-dən həqiqi hərbi xidmətə çağırış başlayır
    09 Mart 2011 Çərşənbə 22:51
    Prezident İlham Əliyev müvafiq fərman imzalayıb
    
                	 
    
         Bu gün Azərbaycan prezidenti İlham Əliyev ölkə vətəndaşlarının 2011-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 1993-cü ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2011-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır. 
 
 Qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci ilin aprelin 1-dən 30-dək ehtiyata buraxılacaq.
 
 Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülsün.
DOSTLARINLA PAYLAŞ: