ANS TV aparıcısı mükafatlandırıldı
23 Oktyabr 2010 Şənbə 14:15
ANS TV aparıcısı Elgiz Əkbərə "Qızıl qələm" Media Mükafatı təqdim olunub.
ANS Televiziyasının aprıcısı Elgiz Əkbər (Mustafayev) Azərbaycan Kütləvi İnformasiya Vasitələri işçiləri Həmkarlar İttifaqı rəyasət heyətinin qərarı ilə “Qızıl qələm” Media Mükafatına layiq görülüb. ANS PRESS-in məlumatına görə, tanınmış teleaparıcıya bu gün “Azərbaycan” Nəşriyyatında bu münasibətlə diplom, ittifaqın fərdi üzvlük vəsiqəsi və xatirə hədiyyəsi təqdim olunub.

E. Əkbər bu mükafata ANS TV-nin “Elgizli axşamlar” verilişindəki jurnalist fəaliyyətinə görə layiq görülüb. Jurnalist quruma onun fəaliyyətini yüksək qiymətləndirdiklərinə görə təşəkkür edib və bundan sonra da media işçisi kimi vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışacağına söz verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar