ANS-in əməkdaşları mükafatlandırıldılar
24 İyul 2010 Şənbə 15:15
Məhsəti Şərif və Amil Hacıyev təbii fəlakət bölgəsindəki fəaliyyətlərinə görə təltif ediliblər.
Fövqəladə Hallar Nazirliyi 22 iyul Milli Mətbuatın 135 illiyi münasibətilə jurnalistləri mükafatlandırıb. Fərqləndirilənlər arasında ANS televiziyasının əməkdaşları Məhsəti Şərif və Amil Hacıyev də var. Onlar bu ilin may ayında Kür və Araz çaylarının məcrasından çıxması nəticəsində təbii fəlakət bölgəsindəki fəaliyyətlərinə görə mükafatlandırılıblar. Onlar döş nişanı və pul mükafatı ilə təltif ediliblər. Mükafatları fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev təqdim edib.
Nazir müavini fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iyulun 22-də bir qrup jurnalistin təltif olunması barədə əmr imzaladığını deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: