Allahşükür Paşazadə Rusiya prezidentinə məktub ünvanlayıb
20 Dekabr 2010 Bazar Ertəsi 16:50
QMİ sədri Dmitri Medvedevi millətlərarası ədavət salmaq cəhdlərinin qarşısını almağa çağırıb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevə məktub ünvanlayıb. Məktubda bu yaxınlarda Rusiyanın Moskva və digər şəhərlərində baş vermiş etnik toqquşmalarla əlaqədar narahatlıq ifadə olunur.

“Rusiya kimi çoxmillətli ölkədə bu cür etnik münaqişələrin təzahür etməsi yolverilməzdir və buna görə QMİ sədri bu ölkədə baş verənlərlə bağlı narahatlığını bildirərək RF prezidentini belə mənfi hadisələrin qarşısını almağa çağırıb”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə QMİ-nin mətbuat xidmətindən bildirilib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar