Ali Təhsil Şurasının xoruzu
17 Fevral 2011 Cümə Axşamı 06:13
Ali Təhsil Şurası sədrinin çox banlayaraq qonşuları narahat edən xoruzu universitet tələbələrindən birinə verilib
Türkiyədə Ali Təhsil Şurasının (YÖK) sədri Yusif Ziya Özcanın çox banlayaraq qonşuları narahat edən xoruzu universitet tələbələrindən birinə verilib. “Ankara” universiteti Hüquq fakultəsi II kurs tələbəsi olan Bilal Toprak xoruzu almaq üçün YÖK-ə gedib. Sədr Özcan başqa bir proqramda iştirak etdiyi üçün xoruzu tələbəyə sədrin müşaviri Mətin Bağdad verib.
Xoruzu qəfəsdə tələbəyə təhvil verən Bağdad heyvanın yeni sahibi ilə zarafat da edib: “Xoruzu sənə əmanət edirik. Yaxşı baxmalısan. İnşallah burdan çıxıb plovçuya getmə”.
Bilal Toprak isə xoruza “Facebook” sayəsində nail olduğunu deyib: “Qəzetlərdən YÖK sədrinin xoruzu 2011-ci “Facebook” dostuna verəcəyini oxumuşdum. Kompüteri açaraq gözləməyə başladım. 2008 nəfər vardı. Bir az gözləyərək 2011-ci oldum. Təbii ki, məqsədim xoruzu almaq yox, YÖK sədri ilə tanış olmaq olub”.
DOSTLARINLA PAYLAŞ: