Prezident İlham Əliyev “Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alır ki, Ali Məhkəmənin aşağıdakı hakimləri həmin məhkəmənin məhkəmə kollegiyalarının sədrləri təyin edilsinlər:
- Hikmət Abbas oğlu Mirzəyev - İnzibati-İqtisadi Kollegiyanın sədri;
- Şəlalə Ağakərim qızı Məmmədova - Mülki Kollegiyanın sədri;
- Şahin Yaşar oğlu Yusifov - Cinayət Kollegiyasının sədri;
- Tapdıq Şükür oğlu Mahmudov - Hərbi Kollegiyanın sədri.
Ali Məhkəmənin kollegiya sədrləri təyin edildi
Hakimlər Hikmət Mirzəyev, Şəlalə Məmmədova, Şahin Yusifov və Tapdıq Mahmudov kollegiya sədri oldular




Şərhlər