ADU-daizləmək imkanı
01 Mart 2011 Çərşənbə Axşamı 14:11
Universitetdə əl işləri sərgisi keçirləcək
Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə ənənəvi əl işləri sərgisi keçiriləcək. ADU Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, martın 3-də təşkil ediləcək sərginin keçirilməsində əsas məqsəd milli dəyərlərin saxlanılması və qorunması, istedadlı insanları tapıb tanıtmaq, onlar arasında əlaqə yaratmaq və mədəni irsin xarici ölkələrdə tanıdılmasıdır.

Sərgidə müxtəlif yaş qruplarını əhatə edən xanımların biçmə, toxuma–tikmə, rəsm, karikatura, dizayner Xanım Məmmədovanın Azərbaycanın müxtəlif regionlarınının geyimlərindən ibarət hazırladığı milli geyimlər, xalçaçılıq sənətini nümayiş etdirən əsərlər, yağlı boya ilə çəkilmiş rəsm əsərləri, milli üslubda bəzədilmiş gəlinciklər, pannolar, təbii güllərdən hazırlanan kompozisiyalar, muncuq və qiymətli daş-qaşlarla hazırlanmış qadın bəzək əşyaları məmulatlarından ibarət 500-dən yuxarı əl işləri nümayiş olunacaq. Bununla yanaşı, sərgi iştirakçılarına ilk dəfə olaraq yalnız kağız məmulatlarından hazırlanan əl işləri də təqdim olunacaq. Eyni zamanda sərgiyə gələnlər ADU-nun Regionşünaslıq kafedrasının təşkilatçılığı və tələbələr tərəfindən hazırlanan “Xına gecəsi” adlı bədii kompozisiyanı izləmək imkanı da əldə edəcəklər.

Qeyd edək ki, sərgidə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, beynəlxalq təşkilatların, səfirliklərin, QHT-nın nümayəndələri və ADU-nun professor-müəllim heyəti iştirak edəcək.

Xatırladaq ki, əl işləri sərgisi son iki ildə sayca dördüncü dəfədir ki, keçirilir. İlk belə sərgi 2009-cu ilin martın 5-də rellaşıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar