ABU Tibb Mərkəzini sökən "qoçular" həkimlərdən üzr istədi
08 İyul 2010 Cümə Axşamı 18:55
ABU Tibb Mərkəzinin həkimi İranə Vəliyeva: "Artıq problem həll olunub".
Dünən Bakı şəhərində Nərimanov metrostansiyası yaxınlığında, Molla Cümə küçəsi 16 ünvanında Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzi binasının qabaqcadan xəbərdarlıq edilmədən sökülməsi haqda məlumat vermişdik. Bu gün Tibb Mərkəzinin həkimi İranə Vəliyeva ANS PRESS-ə bildirdi ki, artıq problem həll olunub. Bakı şəhər İcra Hakimiyyəti məsələdən hali olub və əməkdaşlar hadisə yerinə baxış keçirib, sənədlər yoxlanıldıqdan sonra söküntünün əsassız aparıldığı məlum olub. Belə ki, söküntüyə rəhbərlik edən şəxslər Tibb Mərkəzinin bütün əməkdaşlarından üzr istəyib. Vurulan ziyanın ödənilməsi söküntüyə rəhbərlik edənlər tərəfindən ödəniləcək.
Tibb Mərkəzinin həkimi İranə Vəliyeva söküntünün konkret kim tərəfindən təşkil olunduğunu dəqiq bilməsə də, fəhlələrin Nərimanov rayon Mənzil İstismar Sahəsinin rəisi Ənvər Quliyevin adını hallandırdığını vurğuladı. Xanım Vəliyeva iş prosesinə rəhbərlik edən şəxsin isə Ramiz və Rüfət adlı şəxslər olduğunu, onların soyadlarını bilmədiyini qeyd etdi.
Xatırladaq ki, əməkdaşlarımızı təhqir edən, özünü Nərimanov rayonunun “ağası” adlandıran da elə Ramiz olub. Dünən ANS PRESS-in əməkdaşlarının qulaqlarını burmaq fikrinə düşən Ramiz müəllimin öz qulağı... ANSPRESS
DOSTLARINLA PAYLAŞ: