946 kq ərzaq satışdan çıxarılıb
13 Sentyabr 2010 Bazar Ertəsi 16:30
Saxlama müddəti ötmüş ərzaq malları aşkar olunaraq məhv edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin mağazalarında keçirdiyi yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qurum tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Nəsimi rayonunda H.Seyidzadə küçəsi, ev 21A, mənzil 1 ünvanında yerləşən “Rəhimli market”də, M.Əliyev küçəsi, 194 ünvanında yerləşən “Orijinal market”də,

S.Vurğun küçəsi, ev 911, mənzil 32 ünvanında yerləşən “Anar market”də,

A.Mustafayev küçəsi, 21 ünvanında Əvəzxan Sadıqova məxsus mağazada,

Cavadxan küçəsi, 48 ünvanında yerləşən “Mirzaur market”də,

Cavadxan küçəsi, ev 48B, 3224-cü məhəllədə yerləşən “Qardaşlar market”də,

Cavadxan küçəsi, 48A ünvanında yerləşən “Xəzər market”də,

M.Qaşqay küçəsi, ev 28 ünvanında yerləşən “Grand market”də,

Ə.İsgəndərov küçəsi, 17 ünvanında yerləşən “Şahbaz market”də,

H.Seyidzadə küçəsi, 32/31 ünvanında yerləşən “ROR market”də,

Moskva prospekti, ev 64 ünvanında yerləşən “Assorti market”də,

20 yanvar küçəsi, 3169-cu məhəllədə yerləşən “Bravo market”də,

H.Əliyev küçəsi, ev 2, mənzil 1 ünvanında yerləşən “MİQ market”də,

M.Qasımov küçəsi, 4 ünvanında yerləşən “Nihad market”də,

Nərimanov rayonunda İ.Dadaşov küçəsi, 50 ünvanında yerləşən “Elit market”də,

Binəqədi rayonunda 9-cu mikrorayon, M.Cəlal küçəsi, ev 31 ünvanında yerləşən “Yurd market”də,

Xətai rayonunda M.Hadi küçəsi, ev 75 ünvanında yerləşən “Grand market”də,

Xocalı küçəsi, 16 ünvanında yerləşən “Zaur market”də,

N.Tusi küçəsi, 28 ünvanında yerləşən “Hicran market”də,

Korolenko küçəsi, 2354-ü məhəllədə yerləşən “Səhər market”də,

M.Rüstəmov küçəsində yerləşən “İslam market”də,

R.Rza küçəsi, 2942-ci məhəllədə yerləşən “Neptun market”də,

Şəmkir rayonunda Zəyəm qəsəbəsi,

Vaqif küçəsində Qoşqar Əliyevə məxsus mağazada,

Tovuz rayonunda Düz Qırıxlı kəndində Şahin Hacıyevə məxsus mağazada,

Ucar rayonunda 20 yanvar küçəsində Emin Novruzova məxsus mağazada,

Qarabörk kəndində Xədicə Cəlilovaya məxsus mağazada,

Samux rayonunda İnstitut qəsəbəsində Sərxan Yusifova məxsus mağazada ümumi çəkisi 946 kq saxlama müddəti ötmüş ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, tamlı məhsullar, un məmulatları, konservləşdirilmiş məhsullar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar