860 kq saxta ərzaq satışdan çıxarıldı
10 Fevral 2011 Cümə Axşamı 18:35
Saxlama müddəti ötmüş ərzaq malları aşkar olunaraq məhv edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən bu gün keçirilən növbəti monitorinqlər zamanı

Bakının Nərimanov rayonunda
- Ak.H.Əliyev küçəsi, ev 90A ünvanındakı “Paterson market”də,
- F.Xoyski prospekti, ev 108, mənzil 33 ünvanında Afət Məmmədovaya məxsus mağazada,
- K.Rəhimov küçəsi, ev 26 ünvanında Nadir Məmmədova məxsus mağazada,
- Ə.Əlizadə küçəsi, ev 30, mənzil 18 ünvanında Gülnaz Xəlilovaya məxsus mağazada,

Binəqədi rayonunda
- Dərnəgül qəsəbəsində Zeynəb Quliyevaya məxsus mağazada,

Bakıxanov qəsəbəsində
- Sülh küçəsi, 14/2 ünvanında yerləşən “Yeni dünya market”də,
- Dəmiryol meydanında Fuad Həmidova məxsus mağazada,
- Gənclik küçəsində Qətibə Rzayevaya məxsus mağazada,
- Y.Əliyev küçəsindəki “Flaqman market”də və Şərqiyə Ələsgərovaya məxsus mağazada,

Ucar rayonunda
- Koroğlu küçəsində Tahir Şəfiyevə məxsus mağazada,
- H.Əliyev küçəsində Müşfiq Axundova məxsus mağazada,

Kürdəmir şəhərində
- Babək küçəsində Gündüz Piriyevə məxsus mağazada,

Quba rayonunda
- Zərdabi kəndində Nüşabə Quliyevaya məxsus mağazada,

Füzuli rayonunda
- Mərkəzi Poçtun yaxınlığında İsuliddin Rüstəmova məxsus mağazada,

ümumi çəkisi 860 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar