8 Martda hava yağmurlu olacaq
07 Mart 2011 Bazar Ertəsi 12:06
Güclü xəzri küləyi fonunda temperatur xeyli enəcək
8 Mart- Beynəlxal Qadınlar Günündə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, fasilələrlə yağıntı olacaq. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq.

Martın 9-da da buludlu hava hökm sürəcək. Fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-7° isti təşkil edəcək.

Martın 7-si axşamdan 8-i səhərədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin yüksəlməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli enməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı iki gün ərzində meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında martın 8-də şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Mülayim şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Martın 9-da fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° şaxta gözlənilir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar