600 kiloqrama yaxın ərzaq məhv edilib
09 Avqust 2010 Bazar Ertəsi 17:15
Saxlama müddəti ötmüş mallar satışdan çıxarılıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən yoxlamalar davam etdirilir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, növbəti yoxlamalar zamanı Bakının Binəqədi rayonunun 7 mikrorayonunda yerləşən “Xəzər market”də, “Qasım market”də, “Qrand market”də, “Nursel market”də, “İstanbul market”də, Abşeron rayonunda yerləşən “Everest market”də, Novxanıda yerləşən “Fərid market”də, “Vasif market”də və “RM supermarket”də, həmçinin Novxanı qəsəbəsində yerləşən “Murad market”də, Kürdəmir şəhərində fiziki şəxs Mahir Ağamoğlanova məxsus mağazada, Gəncədə fiziki şəxs Nizami Hüseynova məxsus mağazada, Şəki şəhərində Naizar Hüseynovaya məxsus mağazada, “Ruslan” mağazasında və Siyəzən şəhərində kiçik sahibkar Namiq Əliyevə məxsus mağazada ümumi çəkisi 600 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkarlanıb. Bura daxil olan qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar