6 nəfər DYP əməkdaşı işdən çıxarıldı
02 Mart 2011 Çərşənbə 21:06
Daxili işlər naziri Ramil Usubov müvafiq əmr verib. 6 nəfər DYP əməkdaşı işdən çıxarıldı.
Öz vəzifə səlahiyyətlərini lazımı qaydada yerinə yetirmədiyinə və sürücülərdən rüşvət aldığına görə, Dövlət Yol Patrul xidmətinin 7 əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə ANS PRESS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, daxili işlər nazirinin 2 mart 2011-ci il tarixli əmrləri ilə yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin 6 əməkdaşı xidmətdən xaric olunub.
Həmçinin nazirin əmri ilə xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşaraq həmkarlarının qanunsuz hərəkətlərinə göz yummuş 1 əməkdaş isə tutduğu vəzifədən azad edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: