480 kq saxta ərzaq satışdan çıxarılıb
22 Noyabr 2010 Bazar Ertəsi 17:55
İqtisadi İnkişaf Nazirliyi istehlak bazarında yoxlamaları davam etdirir
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında apardığı yoxlamaları davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə,

Bakının Yasamal rayonunda
C.Cabbarlı küçəsi, ev 13 ünvanında yerləşən “24 saat market”də,
Azərbaycan prospekti, ev 54 ünvanındakı “Novxanı market”də,
Ş.Qurbanov küçəsi, ev 2/15, mənzil 69 ünvanında yerləşən “5 mərtəbə market”də,
A.Şaiq küçəsi, ev 245 A ünvanındakı “Ataş market”də,

Binəqədi rayonunda
Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində Heydər Hacıyevə məxsus mağazada,

Xətai rayonunda
M.Hadi küçəsində Nicat Məmmədova məxsus mağazada, “Əsmər market”də, “Kənan market”də və “Metro market”də,

Bərdə şəhərində
Nizami küçəsində Azər Qafarova və Aqil Aqiliyə məxsus mağazalarda,

Tovuz rayonunda
Aşağı Quşçu kəndində “Mahmud” mağazasında və Seymur Cəfərova məxsus mağazada,

Quba şəhərində
22-ci məhəllədə Osman Ələkbərova məxsus mağazada,

Samux rayonunda
Kolayır kəndində yerləşən “Super Əli market”də,
Sərkar kəndində yerləşən “Əntiqə market”də,

Masallı şəhərində
20 yanvar küçəsində Arifə Yaqubovaya məxsus mağazada,

Ağdaş şəhərində
H.Əliyev prospektində Əli Əliyevə və Aydın İsmayılova məxsus mağazalarda

ümumi çəkisi 480 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, ət məhsulları, konservləşdirilmiş məhsullar, balıq və digər dəniz məhsulları, un məmulatları, yağlar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar