40 ton Aysu məhv edilib
05 Avqust 2010 Cümə Axşamı 17:05
"Aysu Qida Sənaye LTD" MMC-yə verilən məcburi göstəriş yerinə yetilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən normativ sənədlərin tələblərinə uyğun olmayaraq istehsal edilmiş və qablaşdırılmış ümumi çəkisi 40 ton olan “Aysu” əmtəə nişanlı sərinləşdirici içkilərin, noxudun, qara və qırmızı mərcinin, günəbaxan tumlarının mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilməsi barədə “Aysu Qida Sənaye LTD” MMC-yə icrası məcburi göstəriş verilib.

Yuxarıda qeyd edilən 40 ton məhsul Dövlət Xidmətinin əməkdaşlarının nəzarəti ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Qeyd edək ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Aysu Qida Sənaye LTD” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı araşdırmalarını davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar