320 uşaq Yeni il bayramını yaşadı
28 Dekabr 2010 Çərşənbə Axşamı 16:40
“Azercell”in “Onlar da hədiyyə gözləyirlər” layihəsi başa çatıb
“Azercell Telekom” MMC-nin təşəbbüsü ilə keçirilən “Onlar da hədiyyə gözləyirlər...” layihəsi başa çatdı. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, layihə çərçivəsində 320 uşaq Yeni il bayramının sevincini yaşadı. Layihə çərçivəsində kimsəsi olmayan, valideyn himayəsindən məhrum olmuş uşaqları məhz özlərinin əvvəlcədən arzuladıqları hədiyyələri aldılar.

Bu gün “Azercell Telekom” MMC Landmarkın “Rotunda” zalında uşaq evlərinin sakinləri üçün möhtəşəm Yenil il bayramı təşkil etdi. Tədbirdə uşaqların öz istəyi əsasında toplanan hədiyyələr paylandı. Şənliyə bu hədiyyələri alan şəxslər də dəvət edilib. Onlar özləri aldıqları hədiyyələri uşaqlara hədiyyə etdilər.

Qeyd edək ki, bu hədiyyələr “Park Bulvar” alış-veriş mərkəzinin təmənnasız ayırdığı yerlərdə qoyulan 3 şam ağacından asılıb. Bu ağacların üzərindəki hədiyyələr təsadüfən seçilməmişdi. Şirkət əməkdaşları uşaqların hər birindən istədiyi hədiyyəni öyrənib, onları ağacın üzərindəki rəngarəng yeni il oyuncaqlarının üzərinə yerləşdiriblər.

“Azercell Telekom” MMC “Onlar da hədiyyə gözləyirlər...” layihəsinə qatılan və uşaqların istəklərinə uyğun hədiyyə alıb, bu bayramı unudulmaz sevincə çevirən hər bir şəxsə minnətdarlığını bildirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar