300 kq yararsız ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
03 Mart 2011 Cümə Axşamı 17:11
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqləri davam etdirir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı ümumi çəkisi 300 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə,

Bakının Xətai rayonunda
A.Cəlilov küçəsi, ev 20 ünvanında yerləşən “Bərəkət market”də;
Sarayevo küçəsi, ev 18 ünvanındakı “Qenacvali” kafesində;

Səbail rayonunda
Ü.Hacıbəyov küçəsi, 25 ünvanında yerləşən “Sirab market”də;

Nizami rayonunda
R.Teymurov küçəsi, 36 ünvanında Gülnarə Qədirovaya məxsus mağazada;

Nərimanov rayonunda
F.Xoyski prospekti, 108, mənzil 1 ünvanında Teymur Mirzəyevə məxsus mağazada;
N.Nərimanov küçəsi, ev 5C ünvanında Təbriz Əsgərova məxsus mağazada;

Nəsimi rayonunda
R.Behbudov küçəsi, ev 27, mənzil 34 ünvanında yerləşən “24 saat market”də;
M.Qaşqay küçəsi, ev 44 ünvanında “ADİSK” MMC-yə məxsus mağazada;
S.Əsgərova küçəsi, ev 172, mənzil 4 ünvanında Kamran Kərimova məxsus mağazada;

Şəki şəhərində
M.Müşfiq küçəsində yerləşən “Elçin” mağazasında;

Quba şəhərində
Qırmızı qəsəbə yaşayış massivi, F.Xan küçəsində Seymur Mustafayevə məxsus mağazada tələblərə uyğun olmayan məhsullar satışdan çıxarılaraq məhv edilib. Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar