Masallı Telekommunikasiya Qovşağının fəaliyyəti yaxın günlərdə bərpa olunacaq. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, qovşağın fəaliyyətinin bir hissəsi artıq bərpa olunub.
“Masallı Telekommunikasiya Qovşağının fəaliyyəti tədricən bərpa olunacaq və yaxın 3-4 gün ərzində isə tam bərpa olunacaq. Bir çox xarici ölkələrdəki telekommunikasiya qovşaqlarının istismarı bizdəki qovşaqlarla eynidir. Ona görə onlar da Masallıda baş verən hadisənin səbəblərini bilməkdə maraqlıdırlar. Hadisənin səbəbi məlum olduqdan sonra yəqin ki, biz də, onlar da öz fəaliyyətlərində bunu nəzərə alacaqlar”, deyə nazir qeyd edib.
Əli Abbasov bildirib ki, indi Azərbaycanda 30 telekommunikasiya qovşağının təmirə ehtiyacı var ki, bunun da 5-i Bakı şəhərindədir.
30 telekommunikasiya qovşağının təmirə ehtiyacı var
“Masallı Telekommunikasiya Qovşağının fəaliyyəti yaxın günlərdə bərpa olunacaq”




Şərhlər