24 bələdiyyə qulluqçusu cinayət məsuliyyətinə cəlb olunub
24 Noyabr 2010 Çərşənbə 12:40
Bu barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən məlumat verilib
Azərbaycanda 2010-cu ilin əvvəlindən qanun pozuntusuna yol verməkdə şübhəli bilinən 24 bələdiyyə qulluqçusu Azərbaycanın prokurorluq orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən məlumat verilib.

Bu vəzifəli şəxslər özgə əmlakını mənimsəməkdə, rüşvət almaqda, vəzifə saxtakarlığında şübhəli bilinirlər.
Ümumilikdə, bu ilin 10 ayı ərzində Bələdiyyələrlə İş Mərkəzi 21 mindən çox bələdiyyə aktına baxıb. Bir neçə qanunsuz qərarların ləğv edilməsi nəticəsində 2,1 min hektar torpaq sahəsi bələdiyyələrə qaytarılıb, 500-ə yaxın yerli özünüidarətmə orqanlarının barəsində inzibati qanun pozuntuları haqqında akt tərtib olunaraq məhkəmələrə təqdim edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar