21 tibb müəssisəsinin baş həkimi işdən çıxarılıb
24 Fevral 2011 Cümə Axşamı 23:21
Onların arasında Respublika Uşaq Xəstəxanası və Respublika Birləşmiş Şəhər Xəstəxanasının baş hakimləri var.
Sağlamlığımızın qayğısına qalan Səhiyyə Nazirliyinin apardığı islahatlara əsasən, 2011- ci ildə 21 tibb müəssisəsinin baş həkimi işində yol verdiyi nöqsanlara görə işdən azad olunub. 54 nəfərə isə inzibati tənbeh verilib. Qeyd edək ki, işdən azad olunan baş həkimlər içərisində doğum evlərinin baş həkimləri, Respublika Uşaq Xəstəxanasının baş həkimi, Respublika Birləşmiş Şəhər Xəstəxanası, Respublika Birləşmiş Uşaq Xəstəxənası və bölgələrdə olan əksər gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri də var. Səhiyyə nazirinin müavini Elsevər Ağayev ANS-ə müsahibəsində bir daha vurğulayıb ki, səhiyyə ocaqlarında müayinələr pulsuzdur.
“21 tibb müəssisənin rəhbəri işdən çıxarılıb. 54 nəfərə inzibatı tənbəh tədbirləri həyata keçirilib. İki gün öncə Səhiyyə Nazirliyinin mütəxəssisləri Bakı şəhərində fəaliyyət göstərən stasionarlara ezam olunub, yəni bu müddətsiz ezamiyyətdir. Baş verənlərin yerində araşdırılması, neqativ halların aradan qaldırılması, yəni insanlar bizə bu hallarda da müraciət edə bilərlər. Səhiyyə ocaqlarında isə bir daha qeyd edirəm müayinələr pulsuzdur”,- deyə Elsevər Ağayev bildirib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: