2011-ci il üçün yeni ehtiyac meyarı müəyyən edildi
25 Noyabr 2010 Cümə Axşamı 00:10
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanunu təsdiqləyib.
Prezident İham Əliyev “Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanunu təsdiqləyib. Məlumatı AzərTAc agentliyi yayıb. Milli Məclisin qəbul etdiyi qərara görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat məbləğində təsdiq edilib. Qanun 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.
Dövlət başçısı ““Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Sərəncam da imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılır ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
DOSTLARINLA PAYLAŞ: