2010-cu il Qazaxıstan-Azərbaycan münasibətlərində sıçrayış ilidir
2010-cu il Qazaxıstan-Azərbaycan münasibətlərində sıçrayış ilidir
. Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov Bakıda noyabrın 18-də keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısını yüksək qiymətləndirib. APA-nın xəbərinə görə, S. Primbetov Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, 2010-cu il Qazaxıstan-Azərbaycan münasibətlərində sıçrayış ili olub: “Azərbaycanda keçirilmiş üçüncü Xəzər sammiti də bu baxımdan çox əlamətdar oldu. Sammit çərçivəsində bir sıra vacib qərarlar qəbul edildi. Bu, tərəflərə Xəzərdə təhlükəsizlik məsələsinə dair ümumi razılığa gəlməyə imkan verəcək”.




Şərhlər