195 kq saxta ərzaq məhv edildi
25 Noyabr 2010 Cümə Axşamı 16:35
Mağazalarda aparılan yoxlamalar davam etdirilir
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarındakı yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı
Bakının Nərimanov rayonunda
Azadlıq prospekti, ev 116 ünvanında yerləşən “Makros market”də,
Səbail rayonunda
B.Sərdarov küçəsi, 2 ünvanında Zərifə Beruzovaya məxsus mağazada,
Xətai rayonunda
Gəncə prospekti, ev 1942 ünvanında yerləşən “Alsu market”də,
M.Hadi küçəsi, 63 ünvanında Əhməd Babayevə və İsrafil Cavadova məxsus mağazalarda,
M.Hadi küçəsi, 99 ünvanındakı “Sevil market”də,
A.Cəlilov küçəsi, 5 ünvanında yerləşən “Kral market”də,
Mingəçevir şəhərində
Naxçıvan küçəsindəki “Tural market”də,
Təbriz küçəsində yerləşən “Qızıl Tac” mağazasında,
Tərtər rayonunda
Ə.Paşayev küçəsində Yeganə Məmmədovaya məxsus mağazada,
Xudat şəhərində
M.F.Axundov küçəsində Sərvinaz Allahyarovaya və Namiq Kərimova məxsus mağazalarda,
Ağdaş şəhərində
M.İsayev küçəsində yerləşən “Ağdaş market”də
ümumi çəkisi 195 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, ət məhsulları, konservləşdirilmiş məhsullar, balıq və digər dəniz məhsulları, un məmulatları, yağlar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
DOSTLARINLA PAYLAŞ: