10 yaşlı Ağdam sakini Fariz Bədəlov bu gün dəfn edilib
09 Mart 2011 Çərşənbə 15:56
Fariz Bədəlov Orta Qərvənd kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində həlak olan, Azərbaycanın Ağdam rayonunun 10 yaşlı sakini bu gün torpağa tapşırılıb. ANS TV-nin məlumatına görə, Fariz Arzu oğlu Bədəlov rayonun Orta Qərvənd kəndindəki qəbiristanlıqda dəfn edilib.
Xatırladaq ki, Fariz Arzu oğlu Bədəlov ötən gün saat 16.10 radələrində ermənilərin işğalı altında olan Şıxlar kəndi istiqamətində açdıqları atəş nəticəsində həlak olub. F.Bədəlov təcili olaraq xəstəxanaya aparılsa da, həkimlər uşağın artıq keçindiyini bildiriblər.
Onu da qeyd edək ki, Fariz Bədəlov qonşuya gedərkən erməni gülləsinə tuş gəlib.
Allah rəhmət eləsin! ANSPRESS
DOSTLARINLA PAYLAŞ: