İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarındakı yoxlamalarını bu gün də davam etdirib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Nərimanov rayonunda
- Atatürk prospekti, 47 ünvanında yerləşən “Ordubad market”də,
Səbail rayonunda
- Badamdar qəsəbəsi, R.İsgəndərov küçəsi, ev 4A ünvanında yerləşən “Bizim market”də,
Yasamal rayonunda
- Yeni Yasamal 2 ünvanında yerləşən “Halal market”də,
- M.Muxtarov küçəsi, ev 111 ünvanında Elşən Xanlarova məxsus mağazada,
- H.Zərdabi küçəsi, ev 84, mənzil 6 ünvanında Asim Sayılova məxsus mağazada,
- Ş.Əzizbəyov küçəsi, ev Q, mənzil 1 ünvanındakı “Kazbek market”də,
- Şərifzadə küçəsində Ələddin Əliyevə məxsus mağazada və “Bizim market”də,
- A.Ağayev küçəsi, məhəllə 563 ünvanındakı “Əlixan market”də,
Xətai rayonunda
- Zığ şosesi, 9 ünvanında yerləşən “Bərəkət market”də,
- K.Kərimov küçəsi, ev 3 ünvanında Famil Əliyevə məxsus mağazada,
- Əbilov qəsəbəsi, ev 18/8 ünvanında Musa İsayevə məxsus mağazada,
- M.Mehdizadə küçəsi, ev 38 ünvanındakı “Qardaşlar market”də,
- S.Vəzirov küçəsi, ev 11B ünvanındakı “İnci market”də,
- Nikişin küçəsi, ev 32 ünvanında Sahib Məmmədova məxsus mağazada,
Qusar şəhərində
- F.Musayev küçəsində Riad Həzərova məxsus mağazada,
Kürdəmir şəhərində
- Bakı prospektində Mübariz Balakişiyevə və Aqil Əhmədova məxsus mağazalarda,
Göygöl şəhərində
- A.Kazımov küçəsi, Avtovağzal ərazisində Habil Musayevə məxsus mağazada,
Bərdə şəhərində
- Bakı küçəsində Rafiq Qasımova və Hidayət Muradova məxsus mağazalarda,
Samux rayonunda
- Karayeri qəsəbəsində Vüqar Quliyevə məxsus mağazada,
Xaçmaz rayonunda
- Qımıl-qışlaq kəndində Elçin İbrahimova məxsus mağazada,
Füzuli rayonunda
- M.Ə.Rəsulzadə küçəsində Azər Məhərrəmova məxsus mağazada
ümumi çəkisi 1 ton olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 ton ərzaq satışdan çıxarıldı
Ölkənin mağazalarında aşkar edilmiş saxta ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib




Şərhlər