Təyyarədə canlı podium
13 Dekabr 2012 Cümə Axşamı 06:11
Yəhudi modelyer Frau Blau maraqlı bir ideyanı həyata keçirib.
Yeni geyim kolleksiyasını nümayiş etdirmək üçün Macarıstana yollanan yəhudi modelyer Frau Blau maraqlı bir ideyanı həyata keçirməklə gündəmə gəlib. Maniken qrupu ilə birgə Tel-Əviv Budapeşt hava reysində uçan Frau, bundan istifadə edərək, oturacaqlar arasındakı keçidi əsl podiuma çevirib. Modellər geyim kolleksiyasını əyani şəkildə göstərməklə, sərnişinlərə pulsuz moda nümayişi keçib. Frau Blau Macarıstana ilk dəfə uçduğunu və Budapeştdə macar xalqına İsrail mədəniyyətini təbliğ edəcəyini deyib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar