Kişiye özünü sevdirmeyin 10 yolu
12 İyun 2013 Çərşənbə 06:47
Qadınlar üçün kişiye özünü sevdirmeyin 10 yolu.
Bir kişini özünə necə sevdirmək olar? Kişi özünə sevdirməyin müxtəlif yolları var.

Ağıl: Görünüşdən sonra gələn ən vacib ünsür qadının ağıllı olmasıdır. Kişilər fikirlərini sərbəst, açıq və konkret şəkildə ifadə edən qadınları çox bəyənir. Kişilərin əksəriyyəti özləri kimi düşünən qadınları sevir. Hansısa müzakirələrdə öz fikirlərinizi müdafiə etməyi, hətta bunu onlara da qəbul etdirməyi bacarmalısınız. Çünki müasir dövrdə kişilərin çoxu özündən əmin olan qadın axtarır.

Səmimi gülüş: Kişilər eyditiyi zarafatlara qarşı tərəfin gülməyini istəyir. Bu şəkildə onun sizi daha yaxından tanımasına şərait yarada bilərsiniz. Həmçinin onunla da zarafat etməlisiniz. Çünki kişilər onları güldürə bilən və əhvalını qaldıra bilən qadınları özünə daha yaxın hiss edir.

Özünəinamlı qadın: Öz düşüncələrinizi heç nəyə baxmayaraq, müdafiə etməyi etməlisiniz. Bu zaman kişilər sizə daha çox heyran olacaq.

Dəstəkləmək: Kişilər hər zaman onları dəstəkləyən, ehtiyacı olduqda yanında olan və yardımını əsirgəməyən qadınları yüksək qiymətləndirir. Çünki onlar nə qədər güclü olsalar da, qadın təsəllisinə ehtiyac duyurlar. Həmiçinin arzu və məqsədlərini dəstəklədiyinizi bildirin. Kişi sizin onun arzularının əleyhinə olmadığınızı bilməlidir.

Anlayışlı qadın: Mükəmməl kişi yoxdur. Odur ki, onun bütün səhvlərini başına vurmaq lazım deyil. Kişilər rahat və sakit həyatı sevir. Bütün günü deyinib onu yanınızdan qaçırtmaq istəmirsinizsə, anlayışlı olun.

Səbrli olmaq: Səbrli olmaq da anlayışlı olmaq kimi bir şeydir. Yeni tanış olmusunuzsa, ciddi münasibətlərə keçmək üçün səbrsizlik göstərməyin. Onun səhvlərinə qarşı səbrli davranın. Siz onsuzda birlikdəsiniz, buna görə də gələcəyi tələsdirmək lazım deyil. Səbrsizlik üzündən deyilən sözlər həm sizi, həm də onu yaralaya bilər.

Ehtiras: Ehtiraslı və şəhvətli görünməyən qadınlar kişiləri cəlb etmir. Seksdə ilk addımın kişi tərəfindən atılmasını gözləməyin. Ona sürprizlər edin və sürprizlərə qarşı hazır olun. Heç kəsin olmadığı vaxtda onu yatağa aparın və onu arzuladığınızı hiss etdirin.

Dürüstlük: Kişilər güvənə və inana bildikləri qadını hər zaman daha yüksək qiymətləndirir. Dediklərinizlə hərəkətləriniz bir-birinə uyğun olmalıdır. Yalanı sevmədiyinizi ona hiss etdirin. Bu zaman kişinin sizə olan hörməti və sayğısı daha da artacaq.

Açıq fikirli olun: Müasir düşüncəli olduğunuzu hiss etdirin. Hər bir şeyi normal qarşıladığınızı, sevmədiyiniz halları isə əsaslnadırarq ona izah etməlisiniz. Əks cinsin nümayəndəsi sizin geridə qalmış biri olduğunuzu düşünməməlidir.

Baxımlı olun: Əlbəttə ki, kişilər baxımlı və gözəl qadına vurulacaq. Bu çox normal haldır çünki kişilər gözləri ilə sevir. Kişilər idmanla məşğul olan, normal qidalanan, saçına, dırnaqlarına fikir verən qadınları bəyənir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar