Maraqlı

Təbriz İranın paytaxtı ola bilər

İran parlamenti paytaxtın köçürülməsini müzakirə edir. İranın paytaxtı Təbriz ola bilər.

· Xəbərçi
Təbriz İranın paytaxtı ola bilər
İranın paytaxtının dəyişdiriləcəyi, yeni baş şəhərin Təbriz olacağı bildirilib. İran “Gənc Jurnalistlər Klubu”nun yaydığı məlumata görə, bu barədə Tehran millət vəkili Zəhra Təbibzadə danışıb. Yeni paytaxtın Təbriz olmasının düşünüldüyünü deyən Təbibzadə şəxsən bu fikrə qarşı olduğunu deyib. Təbibzadə, məşğulluq, xidmət, investisiya kimi imkanlar ölkəyə ədalətli şəkildə paylanmadığı, miqrant problemi həlini tapmadığı və səhv olan siyasi quruluş dəyişdirilmədiyi müddətcə yeni paytaxtın da Tehranla eyni aqibətə düçar olacağını deyib.

Şərhlər