Soyğunçuluğa gəldi, yatıb qaldı
23 Dekabr 2012 Bazar 11:45
Ofisdəki malları götürən oğru cinayət yerini tərk edə bilməyib
Oğru qarət etdiyi ünvanda yatıb qalıb. Bu maraqlı hadisə Rusiyanın Tula şəhərində qeydə alınıb. ANS PRESS-in "lenta.ru"ya istinadla verdiyi məlumata görə, sərxoş şəhər sakini mobil rabitə operatorlarından birinin ofisinə girərək piştaxtadakı malları götürüb. Lakin o işini yekunlaşdıra bilməyib. Belə ki, oğurluğa gələn kişi hadisə yerindəcə yatıb.
Yatmış qarətçini isə ofisin təhlükəsizlik xidmətinin əməkdaşları tapıblar. Adı açıqlanmayan 29 yaşlı kişini oyadaraq polisə təhvil veriblər.
Qeyd edək ki, bu Tulada baş verən ilk qəribə oğurluq deyil. Belə ki, bu ilin avqust ayında da 23 yaşlı oğru təqaüdçünün evini soymaq məqsədilə mənzilə girib. Ancaq evdə səs eşidən gənc dərhal yatağın altında gizlənib və burada yatıb. Evindən xoruldama səsi eşidən təqaüdçü isə polisə zəng edərək, onu yaxalada bilib.
DOSTLARINLA PAYLAŞ: