Rolls-Royce satış rekordu qırdı
12 Yanvar 2013 Şənbə 06:16
Rolls-Royce satış rekordu qırdı. Bu avtomobili ən çox ərəblər alır.
Artıq bir neçə ildir dünyada davam edən iqtisadi böhrana baxmayaraq lüks avtomobil markası Rolls-Royce satış rekordu qırıb. Məlumata görə, firma 2012-ci ildə 3 575 avtomobil satıb. Bu, markanın 108 illik tarixində rekord rəqəm olmaqla yanaşı Rolls-Royce 200 000 avrodan yuxarı qiymət şkalasına sahib olan lüks avtomobillər arasında da satış lideri olub.

Qeyd edək ki, avtomobilin satışında 1-ci yeri 26 faizlə Yaxın Şərq, 2-ci yeri 21 faizlə Avropa qitəsi, 3-cü yeri 18 faizlə Sakit okean hövzəsi Asiya ölkələri tutur. Ölkələr arasında isə ilk yeri 63 faizlə Səudiyyə Ərəbistanı, ikinci yeri 15 faizlə Almaniya tutur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar