Qız analarının nəzərinə
01 Mart 2013 Cümə 12:15
Qızı olanlar daha çox yaşayır
Uşağın cinsi valideynin ömürə təsir edir? Sən demə doğuş, uşağın tərbiyəsinin ömürn uzunluğuna, sağlamlığa da təsiri varmış. Bu nöqteyi nəzərdən oğullar daha "baha" başa gəlirlər. Çünki onların tərbiyəsi daha çox enerji tələb edir.
Fin alimlərinin araşdırması çərçivəsində 17-20-ci əsrlərdə ölkə sakinlərini tədqiq ediblər. Minlərlə insanın yoxlanmasından sonra belə müəyyən edilib ki, oğlan uşaqları sosial statuslarından və başqa xüsusiyyətlərdən asılı olmayaraq öa analarının ömrünü qısaldır, qızlar isə uzadır.
Uşağın cinsinin kişilərin ömürə təsiri isə müəyyən edilməyib. Bu bir daha sübut edir ki, kişilər uşaq tərbiyəsinə qadınlardan daha az vaxt ayırırlar.
Araşdırmanın nəticələrinə görə, əgər məsələn 37 yaşına kimi qadının 6 oğul doğmuş qadınlar son doğuşdan sonra orta hesabla 32,4, 3 oğlu olanlar 32,7 il yaşayıblar. Oğul sahibi olmayanlarda isə bu göstərici 33,1 il olub.
Son övladı qız olan qadınlar isə axırıncı doğuşdan sonra orta hesabla 33,1 il yaşayıblar.
Alimlər hesab edirlər ki, qız analarının daha uzun ömrə malik olmalarının əsas səbəblərindən biri qızların analarına yardım etmələridir.
Bunun məntiqi açıqlaması kimi doğuşdan sonra qadın orqanizmindəki hormonların qəribə dəyişikliyində ola bilər. Belə ki, oğlan uşağı doğan qadınlarda testosteron hormonunun səviyyəsi daha yüksəkdir. Bu da onların immun sisteminə mənfi təsir edir və son nəticədə ömrün uzunluğuna təsir edir.
DOSTLARINLA PAYLAŞ: