Qış Parkı şekilleri
10 May 2013 Cümə 21:55
Ərazisi 7 hektar olan parkın uzunluğu bir kilometr, eni 150 metrdir.
Bu gün Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa olunan yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılışda iştirak ediblər.

Kompleks şəhərin içərisində ən böyük parkdır. Ərazisi 7 hektar olan parkın uzunluğu bir kilometr, eni isə 150 metrdir. Parkın 20 min kvadratmetrlik sahəsinə qranit və keramit plitələr döşənmişdir. Burada ən müasir tələblərə cavab verən 5 fəvvarə kompleksi quraşdırılıb. Parkın girişində və çıxışında quraşdırılan fəvvarənin ətrafında oturacaqlar qoyulub. Bu da parkda müxtəlif tədbirlər keçirməyə imkan verəcəkdir. Kompleksdə 7 yeraltı keçid inşa olunub. Keçidlərdə 24 eskalator quraşdırılıb. Hər bir keçiddə əlillərin hərəkəti üçün xüsusi qurğu quraşdırılıb. Bundan başqa, avtomobillərini yeraltı dayanacaqda saxlayanların parka rahat qalxmaları üçün 14 lift fəaliyyət göstərəcək. Dayanacaqda piyadaların parka çıxışı üçün də 32 keçid var. Parkın işıqlandırma sistemi də müasirdir. Bunun üçün yeni yarımstansiya quraşdırılıb. Kompleksin inşası zamanı Səməd Vurğun, Füzuli, Mirzağa Əliyev və Şixəli Qurbanov küçələri genişləndirilmişdir. Parkın ətrafındakı binalarda və ərazilərdə də əsaslı şəkildə abadlıq və quruculuq işləri indi də davam etdirilir. Füzuli küçəsindəki 39 nömrəli binanın sürüşdürülmə yolu ilə köçürülmə prosesi artıq başa çatıb.

Park kompleksinin 35 min kvadratmetrlik ərazisinə münbit torpaq tökülüb, geniş yaşıllıq zolağı salınmış, 2 minə yaxın ağac, 10 mindən çox bəzək kolu, çoxlu gül və çiçək əkilib. Yaşıllıq zolaqları avtomatik sistemlə suvarılır. Parkda üç yay kafesi də fəaliyyət göstərəcək. Bütün gün ərzində açıq olacaq yeraltı avtomobil dayanacağının müxtəlif istiqamətlərdən
beş giriş-çıxışı var. Buradakı naviqasiya sistemində 3500 detektordan və bir çox başqa elementlərdən istifadə olunub. Yeraltı avtomobil dayanacağına və texniki xidmət otaqlarına video sistemlə vizual nəzarət olunacaq. Bu sistem çərçivəsində 297 gecə-gündüz görmə qabiliyyətli statik kamera quraşdırılıb. Yeraltı dayanacaqda avtomatik yanğınsöndürmə və havalandırma sistemləri yaradılıb. Beləliklə, yeraltı dayanacaqda avtomobillərin təhlükəsizliyi ən yüksək səviyyədə nəzərə alınıb.

Aparılan tikinti hesabına Şəmsi Bədəlbəyli küçəsi 770 metr uzadılaraq Azərbaycan Dövlət Dram Teatrının qarşısındakı meydana çatdırılıb. Bu yol birtərəfli və üçzolaqlı olacaq. Səməd Vurğun küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 212 metrlik ərazi də yenidən qurulub.



















DOSTLARINLA PAYLAŞ:

oyunlar