Maraqlı

Qaynar su havada dondu (VİDEO)

Sibirin 41 dərəcə şaxtası möcüzələr yaradır

· Xəbərçi
Qaynar su havada dondu (VİDEO)

Rusiyanın Sibir vilayətində kəskin soyuqlar düşüb. ANS PRESS-in məlumatına görə, Sibirin mərkəzi şəhəri Novosibirsk şəhərində 41 dərəcə şaxta var. Sibir sakinlərindən biri bu soyuqda suyu qaynadaraq, buxarlana-buxarlana mənzilinin eyvanından həyətə atıb. Qaynar su havada dərhal buz halına düşərək yerə enməyə başlayıb. Maraqlı mənzərə videoya çəkilərək "YouTube" video portalına yerləşdirilib.


Şərhlər