Təmir başa çatdıqdan sonra 150 000 mömin burda eyni anda təvaf edə biləcək.
Müqəddəs Məkkə şəhərindəki “Məscidi Haram”da (Bəzi əməllərə məhdudiyyət qoyulmuş (haram edilmiş) məscid) təmir işləri sürətlə davam edir. “Dinihaberler.com” saytının məlumatına görə, təmir-bərpa işlərində 2 000-dən çox işçi fəaliyyət göstərir. Qeyd edək ki, təmir başa çatdıqdan sonra 150 000 möminin burda eyni anda təvaf (Kəbənin ətrafında 7 dəfə dönərək yerinə yetirilən vacib əməl) edə biləcəyi bildirilir.