Makiyajınızı belə edin
30 Aprel 2013 Çərşənbə Axşamı 16:21
Makiyajda həmişəki kimi minimalizm öndədir.
Dünya vizajistləri 2013-cü ilin baharını təbii makiyaj, yeni başlanğıclar və dəyişikliklər vaxtı hesab edirlər. Xüsusilə Nude look - minimum effektli təbii çalarların uyğunlaşdırılması üslubu aktualdır. Bu makiyajın əsas özəlliyi ondadır ki, o, istənilən yaşa, üz formasına və dəri növünə yaraşır.




Minimalizm
Məşhur moda evlərinin vizajistləri bir mövzuda həmfikirdilər ki, bu mövsüm kosmetik vasitələrin istifadəsi minimuma endirilməlidir, xüsusilə gündəlik makiyajda. Yeganə əlvan detal şaftalı çalarlı dodaqlar olacaq. Axşam makiyajında tüstülü effekt yaratmaq üçün rəngli göz kölgələrindən istifadəyə icazə verilir.

Bej
Ən yaxşı yaz makiyajı bir rəng qammasında olmalıdır, hazırda bej rəng aktualdır. Pomada, parıltı və göz kölgələri ət rəngində olmalıdır. Əlbəttə ki, belə makiyajda əsas rolu tonal krem oynayır. Onun rəngi dərinin təbii rənginə tam uyğun gəlməlidir. Bu mövsüm vizajistlər ənlikdən istifadə etməyi məsləhət görmürlər.

Portağal dodaqlar
Sitrus pomada yaz obrazına xüsusi şarm qatacaq. Bu çaların özəlliyi onun universallığındadır. Narıncı çalar demək olar ki, bütün geyimlərə uyğun gəlir, xüsusilə cins geyimlərlə. Həmçinin hazırda sadə dodaq parıltısı da dəbdədir.



Uzun kirpiklər
Təbii makiyajın əsas hissəsi uzun və həcmli kirpiklərdir. Bu yaz kosmetika çantasında iki tuş gəzdirməlisiniz: kirpikləri uzadan və həcmləşdirən. Tuşun rəngi klassik qara və şəffaf ola bilər. Tuş kirpiklərə ehtiyatla vurulmalı, ən xırda kirpiklər belə nəzərdən yayınmamalıdır.



Metallik
Daha bir populyar yaz gözəllik trendi - göz qapaqlarında və yanaqlarda metal parıltıdır. Bu, obraza gizlilik qatır, belə makiyaj xüsusilə sarışınlara və ağbəniz xanımlara yaraşır. Əgər gözlərinizə metal göz kölgəsi vurmusunuzsa, gözlərə badam forması vermək üçün onları içdən karandaşla haşiyələyin.



DOSTLARINLA PAYLAŞ:

oyunlar