Pandanın topla oyunu maraqlı görüntülərə səbəb olub.
İnternetə yerləşdirilmiş körpə panda əks olunmuş videoçarx rekord vurur. ANS PRESS-in məlumatına görə, ABŞ-ın San-Dieqo şəhərindəki zooparklardan birində yaşayan "Syo Livu" adlı körpə pandaya təlimçiləri Yeni il hədiyyəsi veriblər.
Ona hədiyyə olunan yaşıl rəngli top heyvanın instinktini qüvvətləndirməlidir. Ancaq balaca panda topu oyuncaq kimi qəbul edir.
"Syo Livu" iyul ayında dünyaya gəlib. İlk vaxtlar körpə panda çətinliklə yerisə də indi heyvan sərbəst hərəkət edir.